“Ayrikyana qarşı terror şousunun rejissoru S.Sarkisyandır”

Mübariz Əhmədoğlu: “Ermənistanın Rusiyanın başına açacağı oyunlar hələ qabaqdadır”
“Ayrikyana qarşı terror şousunun rejissoru S.Sarkisyandır”

Ermənistan Parlamentin spikeri O.Abramyanın gecə ikən, hadisədən iki saat keçməmiş prezident seçkilərinin təxirə salınmasını gündəliyə gətirməsi, həkimin P.Ayrikyanın ayağa qalxması üçün 7-10 gün vaxtın lazım olduğunu aydın şəkildə bildirməsi Paruyr Ayrikyana qarşı təşkil olunan sui-qəsdin diqqət çəkən əsas məqamlarından biridir. SİA-nın verdiyi xəbərə görə, bu sözləri Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu 2013-cü ilin yanvar ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, adətən, həkimlər belə məsələlərdə çox həssas olurlar, lazımi göstəriş olmadan konkret mövqe bildirmirlər: "Pezident S.Sərkisyanın P.Ayrikyana baş çəkməsindən sonra ikinci açıq mətnlə ona terror hadisəsinin Rusiya tərəfindən təşkil olunduğunu bildirdi. Konstitutsiya məhkəməsinin sədri Q.Arutunyan P.Ayrikyanla görüşdə tələsik siyasi bəyanat verərək Ermənistanın geosiyasi istiqamətinin dəyişəcəyini bildirdi. P.Ayrikyana qarşı terror hadisəsində əsas rejissorun prezident S.Sərkisyan olduğunu göstərir. S.Sərkisyanın sui-qəsd şousuna ciddi ehtiyacı var. Qərbi və Rusiyanı aldadan S.Sərkisyanın daha yalanları yerimir. Prezident seçkiləri dövründə baş verənlərdən təkcə Rusiya deyil, Qərb də narazıdır. Yaranmış vəziyyəti anlamaq üçün də müəyyən qədər pauza və resurs lazımdır. Eyni zamanda Qərbi başa salmaq lazımdır ki, Rusiya Ermənistanın müstəqilliyinə qəsd etməyə hazırlaşır. Qərb bu seçkilərdə Ermənistan prezidentinin yanında olsun, seçkilərdə qüsur axtarmasın. S.Sərkisyanın seçki vaxtı bütün qanun pozuntularına Avropa müşahidəçiləri anlaqlı yanaşmalı və bu qanun pozuntuları ilə birlikdə seçkiləri legitim hesab etməlidirlər. Bu, S.Sərkisyan üçün minimal məqsəddir. Maksimum məqsəd isə Qərblə Rusiyanı qarşı-qarşıya qoymaqdır. Bütün bunları nəzərə alaraq demək olar ki, Ermənistanada prezidentliyə nazmizəd Paruyr Ayrikyana sui-qəsd şousunu hazırkı prezident Serj Sərkisyan özü hazırlayıb".

Politoloq bildirdi ki, konfliktogenlik Ermənistanın ən böyük resursudur və bu resurs hal-hazırda Qərb üçün Rusiyaya qarşı lazımdır: "Rusiya-Ermənistan münasibətlərindən ağız dolusu danışan mətbu orqanları və siyasətçilərin heç biri S.Sərkisyanın Rusiyanı şərləməsinə etiraz bildirmədilər. Çünki həmin mətbu orqanları və ekspertlər S.Sərkisyanın əlində antirusiya fəaliyyət üçün lazımdır. Ayrikyan şousunda Rusiya terrorda ittiham edilir. Amma Rusiya tərəfdən buna heç bir cavab verilmir. Ermənistanın Rusiyanın başına açacağı oyunlar hələ qabaqdadır. Hazırda Ermənistanda gedən prosesləri proqnozlaşdırmaq çox çətindir. Çünki bu ölkədən hər şeyi gözləmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə