Bahar Muradova: “Dünyanın hər bir yerində istənilən zəmində insident yarana bilər”
"Mən çox təəssüf edirəm ki, İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində meydana gələn insidentindən həmişə olduğu kimi yenə də müxtəlif dairələr öz məqsədləri üçün istifadə etməyə çalışıblar". Bunu SİA-ya Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
B.Muradovanın sözlərinə görə, bu hadisələrdən divident qazanmaq istəyən həmin dairələr çox fəal şəkildə hadisənin cərəyan etdiyi əraziyə toplaşaraq, süni ajotaj yaratmağa cəhdlər ediblər: "Hüquq mühafizə orqanları və müvafiq qurumlar öz vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirməkdədirlər. Artıq İsmayıllı rayonunda sabitlik hökm sürür və hələ də müvafiq qurumlar vəziyyətə nəzarət edirlər. Dünyanın hər bir yerində istənilən zəmində insident baş verə bilər. Əsas odur ki, bu kimi insidentlərin genişlənməsinin və başqa məqsədlər üçün istifadə olunmasının qarşısı alınsın. Azərbaycanda mövcud olan müxalifət dairələri bu kimi hadisələrin baş verməsini hər zaman fürsət kimi gözləyiblər. Müxalifətin bu hərəkəti sadəcə olaraq gülüncdür. Bu hadisələrə siyasi don geyindirərək, hakimiyyətə qarşı yönəlik aksiya kimi qələmə vermək və hətta bunu üsyan adlandırmaq, absurd təxəyyülə hesablanmış addımdır. Hesab edirəm ki, həmin hadisələrdən bu məqsədlə yararlanmaq istəyənlərin arzusu növbəti dəfə gözlərində qalacaq. Müxalifətin bu məqsədlə planlaşdırdığı aksiya isə qanun şəklində həyata keçirilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB