Aydın Hüseynov: "Ölkəmizdə seçki prosesi demokratik prinisiplərə söykənərək həyata keçirilir" AÇIQLAMA
Azərbaycanda demokratik proseslərin əsası 1993-cü ildən qoyulub. Sivil dəyərlər, demokratik təsisatların formalaşması, vətəndaş cəmiyyətinin bütün parametrlər üzrə açıqlığı Azərbaycanda demokratiyanın, insan hüquq və azadlıqlarının təminatından xəbər verir. Bu sözləri Yeni Azərbaycan Partiyasının Siyası Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov AŞPA-dakı müzakirələr zamanı səslənən fikirlərə münasibət bildirərkən deyib.
O bildirib ki, Azərbaycanın nəinki regionda, eyni zamanda beynəlxalq münasibətlər sistemində aparıcı mövqeyə yüksəlməsinə bəzən qısqanc münasibət bəsləyənlər, bunun arzusunda olmyanlar da olur: "Amma bütün bunlara baxmayaraq Azərbaycanda həyata keçirilən yüksək səviyyəli işlər dünya ictimaiyyətinin diqqətindən də kənarda deyil. Ölkəmiz iqtisai-siyasi sahədə böyük uğurlar əldə edib, Avropanın enerji təhlükəsizliyində xüsusi çəkiyə malikdir. Təbii ki, bütün bunların əsasında demokratik mühitin mövcudluğu, insanların sərbəst formada öz iradəsini ifadə etməsi, açıq dövlət siyasəti dayanır".
A.Hüseynov 1993-cü ildən Azərbaycanda tam demokratik, şəffaf, azad seçki prosesinin keçirildiyini vurğulayıb. YAP Siyasi Şurasının üzvü həmçinin Azərbaycanda keçirilən seçki proseslərində müşahidəçi qismində iştirak etmiş AŞPA, ATƏT və digər beynəlxalq təşkilatların hesabatlarında ölkəmizdə normal seçkilərin keçirilməsi üçün azad, demokratik şəraitin olması barədə geniş məlumatların olmasını da diqqətə çatdırıb.
Qeyd edib ki, ölkəmizə qarşı bir sıra hallarda bu cür mənfi fikirlər irəli sürən şəxslər Azərbaycandakı proseslərdən tamamilə xəbərsizdirlər. "Azərbaycan beynəlxalq hüququn tərkib hissəsidir və ölkəmizdə istənilən proses demokratik prinisiplərə söykənərək həyata keçirilir" deyən A.Hüseynov AŞPA ilə mövcud münasibətlərə də toxunub. Bildirib ki, ölkəmiz bu təşkilatda aktiv formada təmsil olunur və burada səslənən fikirlər bizim nümayəndəliyimizin daima diqətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB