Politoloq: "Ermənistan bizi Rusiya ilə hədələyir"

“Azərbaycan resurslarını regionda dağıdıcılığa yönəldə bilər”
Politoloq: "Ermənistan bizi Rusiya ilə hədələyir"

Ermənistan Prezidenti Serj Sarkisyan Rusiyanın hərbi gücünə aşkar şəkildə istinad edir. Öz ordusunun gücünə bələd olan Sarkisyanın bu istinadı başa düşüləndir. Lakin Rusiyanın bu günə kimi Ermənistan prezidentinin Rusiya adından Azərbaycanı hədələməsinə münasibət bildirməməsi diqqət çəkir. SİA-nın məlumatına görə, bunu bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu "Qarabağ saatı" mövzusunda keçirdiyi növbəti brifinqdə deyib.

Onun sözlərinə görə, Ermənistan ordusu Azərbaycan ordusunun qarşında duruş gətirmək qabiliyyətini itirib. Məhz buna görə də Dağlıq Qarabağa qoşunların yeridiləcəyi təqdirdə Ermənistan Azərbaycanı öz orduları ilə deyil, Rusiya və KTMT-nin hərbi imkanları ilə hədələyir: "Əgər dağıdıcılıq və müharibə Rusiya tərəfindən yüksək dəyərləndirilirsə və qonşularına bu potensialına görə hörmət göstərirsə, onda Azərbaycan resurslarını regionda dağıdıcılığa yönəldə bilər".

M.Əhmədoğlu deyir ki, məhz buna görə, Ermənistan ordusunda korrupsiya, "dedovşina", maliyyə fırıldaqları baş alıb gedir: "Ötən il Ermənistan ordusunda ölənlərin sayı, 2011-ci ilə nisbətən daha da artıb. Ölənlərin sayının artması həm rəsmilər, həm də müxalifətçilər tərəfindən etiraf edilir. Rəqəmlər isə fərqlidirlər. Hərbi prokurorluğun verdiyi məlumata görə, ötən il 36 nəfər hərbçi ölüb. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin yaydığı məlumatda bu rəqəm 48 nəfərdir".

Bütün xəbərlər Facebook səhifəmizdə