Prezident icraçı direktorla görüşüb

Prezident icraçı direktorla görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Böyük Britaniya Milli Olimpiya Komitəsinin prezidenti, London Olimpiya Oyunlarının icraçı direktoru Lord Sebastyan Koeni qəbul edib. SİA-nın məlumatına görə, dövlət başçısı XXX London Yay Olimpiya Oyunlarının yüksək səviyyədə təşkil olunması münasibətilə Böyük Britaniya Milli Olimpiya Komitəsinin prezidenti, London Olimpiya Oyunlarının icraçı direktoru Lord Sebastyan Koeni təbrik etdi. Prezident İlham Əliyev onun Azərbaycana bu səfərinin ölkəmizlə tanış olmaq üçün yaxşı imkan yaradacağını deyib.

Böyük Britaniya Milli Olimpiya Komitəsinin prezidenti, London Olimpiya Oyunlarının icraçı direktoru Lord Sebastyan Koen öz növbəsində Azərbaycan idmançılarının XXX London Yay Olimpiya Oyunlarında əldə etdikləri uğurlar münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. O, səfəri zamanı Birinci Avropa Oyunlarının keçiriləcəyi idman obyektləri və eləcə də paytaxtımızla yaxından tanış olacağını vurğulayıb.

Görüşdə ölkəmizdə idmanın bütün növlərinin inkişafı ilə bağlı görülən işlərin önəmi vurğulanıb, Azərbaycanın dünya Olimpiya hərəkatındakı rolu qeyd olunub, ölkəmizin beynəlxalq idman təşkilatları ilə əməkdaşlığının gələcəkdə daha da genişlənəcəyinə əminlik ifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə