Ermənilik bəşəriyyət üçün ciddi təhlükədir

Ermənilik bəşəriyyət üçün ciddi təhlükədir

Qanlı yanvar faciəsi Azərbaycana qarşı Rusiya tərəfindən ermənilərin hiyləgər siyasətinin dəstəklənməsinin ilk və ciddi addımlarından biridir. Bunu SİA-ya açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı deyib.

Onun sözlərinə görə, 20 yanvar faciəsi ərəfəsində Azərbaycanda terror və təxribatlar həyata keçirilməsi bu siyasətin davamıdır: "Qanlı yanvar faciəsi 1905 və 1918-ci illərdən bəri davam edən erməni hiyləgərliyinin və onların havadarlarının ssenarisi əsasında atılan addımlardan biridir. Ona görə də Azərbaycan əraziləri daha sonra mərhələ-mərhələ işğal olundu. 1993-cü ildə xalqın çağırışı ilə Ulu Öndərin hakimiyətə qayıdışı və hazırlanan konsepsiya əsasında böyük siyasətin uğurları inkişafına start verildi. Bu da düşmənlərimizi qıcıqlandırır. Bu gün Azərbaycan bölgədə bar verən ağac kimi dünyanın diqqətini cəlb edir. Bəzi maraqlı qüvvələr onları müdafiə etsələr də, Ermənistan dövləti və lobbisi bəşəriyyət üçün çox zərərlidir. Hesab edirəm ki, xalqımız öz rəhbəri ətrafında möhkəm birləşərək bu qüvvələrə qarşı mübarizə aparmalıdır. Çünki Azərbaycana qarşı olan təzyiqlərin böyük əksəriyyəti ölkə başçısı İlham Əliyevə qarşı olur. Bu da əldə etdiyimiz uğurlara mane olmaq niyyətindən irəli gəlir".

Bütün xəbərlər Facebook səhifəmizdə