İctimai Palatanın yanvarın 5-də keçirilən növbəti sessiyasında belə bir qərar qəbul olunub ki, seçkilərdə bir və ya bir neçə namizədlə fəal iştirak etsinlər. Bütün bu addımlar onların özlərini sığortalamaq cəhdidir. Bunu SİA-ya açıqlamsında Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.
Onun sözlərinə görə, müxalifətin bir-birlərinə güzəşt etmək imkanları yoxdur: "Məlumdur ki, Müsavat partiyası İsa Qəmbərin namizədliyini irəli sürüb. Əli Kərimili də ilkin iddiasını ortaya qoyub. Hətta onların vahid namizədi olacağı təqdirdə nə isə etmək imkanları yoxdur. Müxalifət gözləyir ki, xaricdən hər hansı bir situasiya yaranar və bundan istifadə edərlər. Ancaq bilmirlər ki, siyasətdə belə hallar mümkün deyil. Bütün bunları nəzərə alsaq müxalifətin seçkidə qalib gəlmək imkanları yoxdur".
Müxalifətin seçki qərargahının yaradılması məsələsinə də toxunan partiya sədri bildirdi ki, seçki qərargahı namizədin müdafiəsi üçün yaradılır: "Ançaq seçkidə müxalifətin vahid namizədi yoxdur ki, seçki qərargahı yaradılısın. İdeya üzrə seçki qərargahı olmur. Bütün bunlar gözdən pərdə asmaqdır. Ancaq kimin gözündən pərdə asdıqlarını özləri belə bilmirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB