“Mədəniyyət haqqında” qanun layihəsinin müzakirəsi gərgin keçdi

“Mədəniyyət haqqında” qanun layihəsinin müzakirəsi gərgin keçdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Mədəniyyət haqqında qanun layihəsinin müzakirəsi olub. SİA-nın məlumatına görə, millət vəkili Gövhər Baxşəliyeva Qəbələ RLS-nin bundan sonrakı taleyi ilə bağlı fikirlərini bildirib. "Bu məsələlər araşdırılmalı, Azərbaycanın yeni nəsli baş verənlərlə tanış olmalıdır. Sovet dövründə Azərbaycan torpaqlarının adları dəyişilib, bu toponimlər bərpa olunmalıdır".

AMEA Şərqşünaslıq İnstitutunun direktoru deputat yoldaşlarının bu və digər məsələlər barədə səsləndirdiyi fikirlərə etirazını da bildirib: "AMEA-da aparılan tədqiqat işlərinin əhəmiyyəti böyükdür. Prezidentin sərəncamı ilə dünən AMEA-nın Gəncə bölməsinin açılması da buna sübutdur. Xalqımızın keçmişi barədə bu gün bizdə olan məlumatlar, biliklər AMEA-nın institutlarının səyi nəticəsində əldə olunub.".

Parlamentin sədri Oqtay Əsədov isə "Mədəniyyət haqqında" qanunun müzakirə olunduğunu xatırladıb və bu çərçivədən kənara çıxmamağı zəruri sayıb.

İclasın gedişi zamanı YAP icra katibinin müavini Siyavuş Novruzov da AMEA Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevanın dediklərinə münasibət bildirib. "Deyirlər ki, bizim hesabatlarımızı oxumurlar. Atropatena, Albaniya ilə bağlı internetdə yazılar var. Sizin hansı əsərlər Azərbaycan cəmiyyətinə təqdim olunub? Mən istənilən adamı dəvət edirəm, öz sahəsində nə yazıb, ortaya qoysun. Heç kim fikirləşməməlidir ki, bu institut ona tapşırılıb. Yanaşma tərzi, polemika düzgün olmalıdır. Bu məsələləri müzakirə etmək lazımdır",- deyə S.Novruzov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə