Sumqayıt bu gün ciddi şəkildə inkişaf edir. Bunu SİA-ya açıqlamasında Sumqayıt şəhər icra başçısı Eldar Əzizov deyib. Onun sözlərinə görə, Sumqayıt şəhərinin inkişafı üçün böyük layihələr həyata keçirilir: "Hər zaman olduğu kimi ölkə başçısı bu prosesləri yaxından izləyir. Qarşımıza məqsəd qoymuşuq ki, Sumqayıtı yüksək inkişafetmiş şəhərlər sırasına çıxaraq. Ölkə başçısının göstərişi ilə mövcud tempi artırmaq məqsədilə əlavə vəsait ayrılıb. Bu çərçivədə mikrorayonlarımızda yeni məhəllələr yaradılır, Heydər Əliyev və Nəsimi parkları yenidən qurulur. Bu gün Sumqayıtda görülən işlərin sayı çox olsa da, görülməyən işlərin sayı daha çoxdur. Çünki hər il standartlar dəyişir".
Sumqayıtda yeni iş yerlərinin açılması məsələsinə də toxunan icra başçısı bildirdi ki, bu istiqamətdə də işlər həyata keçirilir: Bu gün şəhərimizin sakinləri işləmək üçün Bakı şəhərinə üz tuturlar. Ancaq Sumqayıt və Bakı vahid meqapolis kimi çıxış etdiyindən Bakıdan da Sumqayıta iş üçün gələnlər az deyil. İş yerlərinin sayının artırılması üçün son üç ay ərzində iki yeni müəssisə fəaliyyətə başlayıb. Son vaxtlar Sumqayıtda iş yerlərinin sayı qat-qat çoxalıb. Yaxın vaxtlarda peşə məktəblərinin açılması nəzərdə tutulur. Bunun üçün Təhsil Nazirliyi ilə birgə çalışırıq ki, peşə məktəblərinin yaradılması sürətlənsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB