Vitse-spikerin qəti mövqeyi

Azərbaycanla Gürcüstan arasında münasibətlər dəyişə bilməz, onlar yalnız dərinləşə bilər. SİA-nın məlumatına görə, bunu jurnalistlərə Gürcüstan parlamentinin vitse-spikeri Zurab Abaşidze bildirib.

"Yaxın vaxtlarda Gürcüstanın Baş naziri Bidzina İvanişvili Azərbaycana səfər edəcək və iki ölkənin münasibətlərini müzakirə edəcək. Gürcüstanın yeni hökuməti regional əlaqələrin bütün məsələlərini ciddi şəkildə öyrənir. Bizim üçün ən başlıcası Gürcüstan-Azərbaycan məsələləridir. Heydər Əliyev münasibətlərimizin təməlini elə qoyub ki, onları heç kim dağıda bilməz", - Abaşidze deyib.

Qeyd edək ki, vitse-spiker bu gün Bakıda keçirilən GUAM Parlament Assambleyasının beşinci iclasında iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə