Azərbaycan ərazisində xarici qüvvənin olmasını istəmir

Azərbaycan ərazisində xarici qüvvənin olmasını istəmir

Rusiyanın Qəbələ RLS-dən imtina etməsi ölkə prezidenti İlham Əliyevin tarixi diplomatik qələbəsidir. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, bütün bunlar onu göstərir ki, Azərbaycan ərazisində hər hansı bir xarici qüvvənin olmasını istəmir və apardığı siyasətlə buna nail olur: "Ərazimizdən sonuncu hərbi obyektin çıxması Azərbaycan ərazilərində hər hansı hərbi obyektin olmadığı ölkələr sırasına daxil oldu. Həmçinin Azərbaycan bloklara qoşulmayan ölkələr siyahısına daxildir. Əgər Ermənistanla müharibə vəziyyəti olmasaydı Azərbaycan özünü beynəlxalq aləmdə neytralitet əldə etmiş ölkələr siyahısına daxil olardı. Hər halda bu gün Ermənistanla müharibə vəziyyətində olduğumuza görə, strateji müttəfiqlərə, tərəfdaşlara ehtiyac duyuruq. Qəbələ RLS-in gələcək taleyi ilə Azərbaycan hökuməti müvafiq qərarlar qəbul edəcək. Bu məsələ ilə bağlı müxtəlif müzakirələr aparılır. Hər halda Qəbələ RLS-in ərazisi təmizləndikdən sonra hökumət müvafiq qərarlar qəbul edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə