Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (QHT) səkkizinci yəni növbəti qurultayı dekabrın 19-da reallaşacaq. Bu qurultay əsasən hesabat-seçki xarakteri daşıyır. Bunu SİA-ya Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.
Onun sözlərinə görə, burada 4 il ərzində forumun gördüyü işlər, onun prezidentinin, MQF idarə heyətinin, nəzarət-təftiş komissiyasının hesabatı dinləniləcək və nümayəndələr forumun yeni namizədliyini irəli sürmüş namizədlərə öz səslərini verəcək: "Təbii ki, forumun qurultayının keçirilməsi həm də ictimai hadisədir. Bu forumun qurultayında ictimaiyyətinin aparıcı qüvvələri, dövlət qurumları, Milli Məclisin üzvləri, Kütləvi informasiya vasitələrinin (KİV), özəl sektorun nümayəndələri iştirak edəcəklər. Burada əsasən hesabatlar dinləniləcək və forumun bundan sonrakı fəaliyyətinə münasibət bildiriləcək eləcə də ölkə prezidentinə müraciət qəbul ediləcək. Bundan sonar isə forumun yeni rəhbəri müəyyənləşdiriləcək. Qurultayın gündəliyində duran əsas məsələ hesabat və seçkidir".
R.Zeyni bildirib ki, Milli QHT forumu ən aparıcı və ən böyük koalisiyadır: "Bizim qurultaylar həmişə çox sanballı keçir və əhəmiyyətli ictimai tədbir sayılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB