NATO tərəfindən Türkiyənin Suriya ilə sərhədində yerləşdiriləcək "Patriot" tipli raket sistemləri gələn il yanvarın sonuna kimi işlək vəziyyətdə olacaq. SİA-nın məlumatına görə, bunu Hollandiyanın baş naziri Mark Rute NATO-nun baş katibi Anders Foq Rasmussenlə birgə mətbuat konfransında deyib. O, Hollandiyanın göndərəcəyi 2 ədəd "Patriot" raketinin haraya yerləşdiriləcəyinin isə hələ məlum olmadığını deyib.
Suriyadan mümkün hücumlara qarşı yerləşdirilməsi planlaşdırılan "Patriot" raketləri göndərəcək digər bir ölkə isə Almaniyadır. Almaniya rəsmiləri göndərəcəkləri 2 ədəd raketin Türkiyənin Kahramanmaraş vilayətində yerləşdiriləcəyini bildirirlər.
Bu gün Almaniya parlamentində 2 raket, 400 alman əsgəri və 1 "AWACS" kəşfiyyat təyyarəsini əhatə edən qanun layihəsi ilə bağlı səsvermə keçiriləcək. Səsvermədən dərhal sonra Almaniya kansleri Angela Merkel bu barədə açıqlama verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB