Gürcüstan höküməti buna göz yumarsa...

Gürcüstan höküməti buna göz yumarsa...

Rusiya-Gürcüstan münasibətlərində yaxın zamanlarda hər hansı bir dəyişiklik olacağını gözləmirəm. Çünki Rusiya Gürcüstanın işğal olunmuş əraziləri ilə və öz müstəqilliyini bəyan etmiş ərazilərlə bağlı siyasətində heç bir dəyişiklik etməyib. Bunu SİA-ya Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirib.

Parlament üzvünün sözlərinə görə, əgər hər hansı bir Gürcüstan höküməti buna göz yumarsa bu onlara qarşı yönəlik sui-qəsd ola bilər: "Məhz buna görə hesab etmirəm ki, Gürcüstan-Rusiya münasibətlərində köklü bir dəyişiklik olsun. O ki, qaldı Azərbaycan-Gürcüstan münasibətlərinə, hal-hazırda məlumdur ki, ölkəmiz həmin dövlətin inkişafı, iqtisadiyyatı ilə bağlı mühüm işlər həyata keçirir və bu ölkəyə böyük dəstək verir. Gürcüstanın yeni baş naziri Bidzina İvanaşvilin bu ayın sonunda Azərbaycana səfəri isə əməkdaşlığı daha da artıracaq. Mən Gürcüstanda olduğum zaman oradan seçilmiş millət vəkilləri ilə görüşümdə də aydın oldu ki, onlar Azərbaycanla münasibətlərin daha da genişlənməsinə, güclənməsinə çalışırlar. Bununla belə həmin hökümətin parlament üzvləri dedilər ki, biz Gürcüstanda yaşayan azərbaycanlıların həmin dövlətin strukturlarına inteqrasiya olunmasına da böyük dəstək verəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə