Qəbələ RLS sovet vaxtından qalan köhnə bir obyektdir. Bu hərbi müəssisə Azərbaycana, eləcə də Rusiyaya heç bir mənada lazım deyil. Bunu SİA-ya Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib.
Onun sözlərinə görə, haqqında danışılan bu stansiya artıq müasir dövrün tələblərinə cavab vermir: "Rusiya öz ərazisində "Voronij" adlı yeni bir stansiya inşa edib. Bununla da öz ehtiyacını ödəməyə çalışır. Azərbaycan isə hal-hazırda müasir texnologiyalardan istifadə edərək öz sistemini qurur. Hesab edirəm ki, adı çəkilən bu RLS öz funksiyasını yeni formada davam etdirə bilər".
Millət vəkili maraqlı təkliflə çıxış edib: "Qəbələ rayonu Azərbaycanın sürətlə inkişaf edən bir bölgəsidir. RLS-in bağlanması bir tərəfdən bu bölgənin ekologiyasına müsbət təsirini göstərəcək, digər tərəfdən isə bu ərazidə çox gözəl, möhtəşəm bir turizm obyektləri, dinozavr muzeyləri açıla bilər. Rusiyadan gələn xarici turistlər üçün də bu muzey çox maraqlı olardı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB