Yeni Azərbaycan Partiyasının Sədr müavini Əli Əhmədov Vahid Rusiya Partiyasının Rəyasət Heyətinin üzvü Andrey Klimovla bir sıra məsələləri müzakirə edib
Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasında iştirak edən Vahid Rusiya Partiyasının Rəyasət Heyətinin üzvü Andrey Klimov Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədovla görüşüb. SİA-nın verdiyi xəbərə görə, Əli Əhmədov YAP ilə Vahid Rusiya Partiyası arasında əlaqələrin inkişaf etdiyini bildirib.
Qeyd edilib ki, hər iki ölkənin hakim partiyaları arasında əməkdaşlıq beynəlxalq səviyyədə inkişaf edir: "Partiyalarımız arasında əməkdaşlığın genişlənməsi xalqlarımız arasındakı dostluq münasibətlərinin də genişlənməsinə töhfə verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB