Konistitusiya ali bir qanun toplusudur. Ona görə də hər bir Azərbaycan vətəndaşının borcu qanunlara hörmət və riayət etməkdir. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov SİA-ya müxalifətin qanunlara məhəl qoymadan keçirmək istədiyi aksiyalarla bağlı verdiyi açıqlamasında deyib.
Qanunun icazə verdiyi çərçivədə hər bir kəs fəaliyyət göstərə bilər. "Bu müxalifətə də aiddir. Ancaq müxalifət özünü qanunların pozulması ilə gündəmə gətirmək istəyir. Müxalifətin sosial dayağı olmadığı üçün qanunsuz aksiyalarla gündəmdə qalmaq istəyir. Çünki, özlərini cəmiyyətdən təcrid ediblər. Onların bu gün cəmiyyətdə nələrin baş verdiyindən xəbərləri yoxdur, bilmirlər ki, Azərbaycan vətəndaşını nə düşündürür. Azərbaycan dövlətinin və prezidentinin hansı islahatlar apardığından xəbərləri yoxdur. Bunlardan xəbərləri olsaydı Azərbaycanın dövlətçilik ənənələrinə zidd mövqedə dayanmazdılar. Radikal müxalifət daim xalqın düşüncəsinin əksinə gedirlər.
Xalqla prezidentin bir-birinə bağlı olduğunu xüsusi vurğulayan Siyasi Şura üzvü bildirib ki, prezident İlham Əliyevlə xalq arasında çox səmimi münasibətlər var. Xalq hər zaman prezidentimin tərəfindədir: "Müxalifət nə istəyir, bunu anlamaq çətindir. Azərbaycan xalqını düşündürən yeganə məsələ ölkənin inkişafı, sabitliyi və Dağlıq Qarabağ probleminin həll olunmasıdır. Bu gün ölkəmizin qüvvətlənməsini, qüdrətlənməsini görən hər bir vətəndaş gürur hissi keçirir. Bax, xalqın real istəyi budur".
Müxalifətin qaldırdığı məsələ heç kəsin maraq dairəsində deyil. Bunu müxalifət artıq anlamalıdır. Bilməlidirlər ki, istənilən qanunsuz aksiyaların qarşısı hüquq-mühafizə orqanları tərəfindən alınacaqdır.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB