Ervand Bozoyan: “Sarkisyan həm Qərb, həm də Rusiya üçün əhəmiyyətini itirib”
Ermənistan həm Avropa İttifaqı və ABŞ, həm də Rusiya ilə balanslaşdırılmış siyasət yürütməyə çalışır. Bu, keçmiş prezidentlərin vaxtında da belə idi, Sarkisyanın iqtidarda olduğu dövrdə də. Demək olar ki, hər üç prezidentin hakimiyyəti dövründə xarici siyasətdə köklü dəyişikliklər baş verməyib. SİA-nın verdiyi məlumata görə, bunu "Armeniya Today" agentliyinə Erməni politoloq Ervand Bozoyan deyib.
Politoloq qeyd edib ki, əvvəlki iki prezidentdən fərqli olaraq Sarkisyanın "futbol diplomatiyası" Ermənistanın nüfuzuna ağır zərbə vurdu, bizdən dostlarımız da üz döndərdilər: "Rusiyanın təsir imkanları artdıqca Qərblə münasibətlərimiz dalana dirəndi. Ölkəmizin xarici ölkələrdən asılılığı müstəqil siyasət yürütmək imkanlarımızı məhdudlaşdırdı. Qarabağ danışıqlarında Azərbaycanın mövqeyi möhkəmləndi, üstəlik erməni-türk sərhədinin açılmaması xarici siyasətimizin fiaskoya uğramasına rəvac verdi. Ermənistanın təhlükəsizliyinin daha 49 il Rusiyaya həvalə edilməsi müstəqilliyimizlə vidalaşmağın vaxtının yetişdiyindən xəbər verir".
Politoloq hesab edir ki, Qərbə güclü Ermənistan lazımdır ki, Rusiyanın təsir dairəsindən qurtula bilsin: "Qərb başa düşür ki, alternativ namizəd Ermənistanda vəziyyəti onun xeyrinə dəyişə bilər. Rusiyaya da zəif Ermənistan lazım deyil, çünki strateji tərəfdaş kimi bu Moskvaya sərf etmir. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, Sarksyan həm Qərb, həm də Rusiya üçün öz əhəmiyyətini itirmiş fiqurdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB