18-21 noyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin rəhbərliyi ilə Şuranın nümayəndə heyəti Rusiya Federasiyası İctimai Palatasının dəvətilə Moskvada səfərdə olacaq. Qurumdan SİA-ya verilən məlumata görə, səfərin məqsədi Şura ilə İctimai Palata arasında əməkdaşlıq əlaqələrinin yaradılmasıdır. Nümayəndə heyətinin keçirəcəyi görüşlərdə Rusiya və Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının formalaşması və inkişaf mərhələləri, milli, regional və yerli səviyyədə ictimai nəzarətin təşkilinə aid uğurlu praktik təcrübə, vətəndaş cəmiyyətlərinin ikitərəfli münasibətlərin inkişafına və regionda sülhün, təhlükəsizliyin möhkəmlənməsinə töhfəsi, vətəndaş cəmiyyəti institutları arasında ikitərəfli əməkdaşlıq çərçivəsində 2013-cü il üçün Rusiya və Azərbaycanın müştərək layihələri və başqa mövzular müzakirə ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB