"20 ildən çoxdur ki, münaqişə həll oluna bilmir və bir qurum 20 il ərzində üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmirsə, hesab edirəm ki, formatda hansısa ciddi dəyişikliklər etməyə ehtiyac var". SİA-nın məlumatına görə, bunu jurnalistlərə Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdardır: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ədalətli bir vasitə tapılmalıdır. Hesab edirəm ki, Azərbaycan xalqında artıq bu optimizm yoxdur. Ancaq ədalətli bir vasitə tapılmalıdır ki, münaqişə həll olunsun, 100 minlərlə insanın əziyyətinə son qoyulsun".
O qeyd edib ki, Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB