"Bizim Azərbaycanla əməkdaşlığımızın daha genişdir. Bunun əsasında isə Türkiyə və Azərbaycana yönələn iddiaların əsassız olması haqda dünyanın məlumatlandırılması durur". SİA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun qondarma soyqırım iddialarına qarşı xarici ölkələrdə birgə fəaliyyət göstərilməsi məsələsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hər iki ölkənin xaricdəki təmsilçilərinin və ictimai təşkilatların bununla bağlı əməkdaşlığının olması və inkişaf etdirilməsi istiqamətində zəruri işlər aparılacaq.
Səfir həmçinin Azərbaycanla Türkiyə arasındakı hərbi əməkdaşlıq məsələlərinə də toxunub: "Azərbaycan ikinci dəfə müstəqillik əldə edəndən sonra Türkiyə əlindəki bütün imkanlardan istifadə edərək qardaş ölkənin yanında olub. Atatürkün söylədiyi kimi, Azərbaycanın kədərində də, xoş günündə də yanında olacağıq. Buna heç kimin şübhəsi olmasın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB