"Mintinqlərin keçirilməsi qanunla müəyyən olunub və bu vətəndaşların şəxsi hüquqlarından biridir. Amma bu mitinq də gərək nəyinsə xatirinə keçirilməsin". Bunu SİA-ya müxalifətin sabah keçiriləcək aksiyasına münasibət bildirən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP)n mərkəzi şurasının üzvü Əli Orucov deyib.
Onun sözlərinə görə, radikal düşərgənin üzvləri tərəfindən səsləndiriləcək şüarlar daha çox şəxsi proseslərdən kənar insanların ora cəlb edilməsinə hesablanıb: "Parlament seçkilərinin yenidən keçirilməsi cəmiyyəti cəlb etməyən şüardır. Belə şüarlarla mitinq keçirmək heç bir effekt verməyəcək. Burada əsas kütləvilik məsələsi təmin olunmalıdır. Təbii ki, bu mitinq dövlətə qarşıdır. Onlar kütləviliyi təmin etmək üçün sosial təbəqələrin marağını nəzərə almalıdırlar. Ona görə də onlar kütləviliyi təmin edə bilməyəcəklər. Bu mitinq sadəcə görüntü xarakteri daşıyır. Mən qarşıdurma yaratmağın tərəfdarı deyiləm. Sadəcə demək istərdim ki, bu məsələ bir masa arxasında həll olunmalıdır, küçəyə çıxmaqla deyil. Bu mitinqin heç bir nəticəsi olmayacaq. Mitinqin o zaman nəticəsi olar ki, orada çoxlu sayda insanlar iştirak etsin", -deyə, Ə.Orucov əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB