Birgə Bəyannamə imzalanacaq

Sabah Özbəkistan prezidenti İslam Kərimov Bakıya gələcək. SİA-nın məlumatına görə, səfər Azərbaycan prezidentinin dəvəti əsasında gerçəkləşəcək. Səfər çərçivəsində dövlət başçıları ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edəcək, aktual regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, səfərin yekunları əsasında birgə Bəyannamənin, eləcə də müxtəlif sahələrə aid sənədlərin imzalanması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə