"Ermənistan prezidenti Serj Sarkisyanın "Reuters" agentliyinə verdiyi müsahibə növbəti siyasi sərsəmliyidir". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirli deyib.
Onun sözlərinə görə, burada əsas məqsəd ondan ibarətdir ki, hazırda formalaşmış status-kvo vəziyyətini qoruyub saxlamaq, mümkün qədər bu məsələni uzatmaq, danışıqlara danışıqlar naminə getmək eləcə də müddətsiz danışıqlar taktikasını tətbiq etmək və hər vəchlə danışıqları pozmağa cəhdlərdir: "Təkcə onu demək olar ki, Azərbaycanlı zabit Ramil Səfərovun azadlığa buraxılması ilə bağlı necə böyük beynəlxalq hay-küy kompaniyasına başladılarsa, bu da öz nöbəsində danışıqlar prosesinin pozulmasına hesablanmışdı. Hesab edirəm ki, bu məsələdə Beynəlxalq birliyinin xüsusilə ATƏT-in Minsk qrupu həmsədirlərinin mövqeyi də real vəziyyətə, həqiqətə adekvat olmadı".
Politoloq bildirdi ki, vaxtilə S.Sarkisyan özü müsahibələrində qeyd edirdi ki, Arsaxı biz xilas etdik, Ağrıdağı məsələsini isə siz həll edin. Yəni gənc nəsil bunu həll etsin: "Belə bir düşüncə tərzi ilə yaşamaq o deməkdir ki, Ermənistan tərəfi danışıqlardan imtinaya və bu prosesin davam etdirilməməsində maraqlıdır. Belə olan təqdirdə adıçəkilən bu dövlət Dağlıq Qarabağ məsələsinin həll olunmamasının başlıca səbəbini Azərbaycan tərəfində görür. Hesab edirəm ki, bu məsələ ATƏT-in Minsk qrupunun həmsədrləri üçün bir çağırış olmalıdır. Yəni onlar bilməlidirlər ki, iyirmi illik fəaliyyətlərinin nəticəsi odur ki, işğalçı dövlətin başçısı yenə də Dağlıq Qarabağla bağlı belə bir mövqe sərgiləyir və Qarabağın heç bir zaman Azərbaycana qaytarılmayacağından bəhs edir".
E.Nəsirli hesab edir ki, indiyədək Ermənistan heç bir konstruktiv mövqe ortaya qoymayıb: "Onun son müsahibəsi də bunu bir daha təsdiqlədi. Hesab edirəm ki, S.Sarkisyanın son dövrlər hərbi ritorikaya söykənən danışıqlarının arxasında dayanan birinci səbəb, Rusiyanın Ermənistana özünün 102-ci Gümrü hərbi bazasındakı 30 obyektindən 10-nun haqqının ödənilmədən verilməsidir. Baxmayaraq ki, Rusiya həmsədr dövlətdir və onun bu davranışı heç bir halda münaqişənin həlli mənafeyinə xidmət etmir. Digər tərəfdən hesab edirəm ki, Ermənistanda vəziyyət nə qədər gərginləşirsə, daxili siyasi vəziyyət nə qədər mürəkkəbləşirsə, S.Sarkisyanın bəyanatları da daha da kəskin olmağa başlayıb".
Araşdırmalar Mərkəzinin direktor müavinin fikrincə, qarşıda Ermənistanı payız-qış mövsümü gözləyir. Beləcə həmin ərəfəda adıçəkilən dövlətdə olan daxili vəziyyət, sosial gərginlik pik həddə çatacaq: "Ölkənin valyutası kəskin şəkildə aşağı düşməyə başlayıb. Bununla belə ölkənin xarici borcu 3 milyardı ötüb keçib. Əgər 2008-ci ildə Ümumi daxili məhsul (ÜDM) 13 faiz idisə indi 45-50 faiz təşkil edir. Ermənistanda insanların sabahkı günə inamı itib. Ermənistan prezidenti indidən qabaqlayıcı addımlar atır. Prezident İlham Əliyevin regionlara səfəri çərçivəsində də bu məsələ xüsusi olaraq önə çəkildi və bildirildi ki, Ermənistanın bu siyasəti ucbatından danışıqlar prosesi dalana dirənib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB