"Bakıda II Beynəlxalq Humanitar Forumun keçirilməsi və açılış mərasimində cənab prezident İlham Əliyevin söylədiyi nitq, imzalanan yekun bəyannaməsi müsbət mənada qiymətləndirilməlidir". SİA-nın xəbərinə görə, bunu Millət vəkili, professor Musa Qasımlı bildirib.
Millət vəkilinin sözlərinə görə, hər şeydən əvvəl Humanitar Forum onu göstərdi ki, Azərbaycan ən yüksək səviyyəli Beynəlxalq tədbirlərə ev sahibliyi etmək iqtidarındadır: "Cənab prezidentin nitqi isə təkcə Azərbaycanda gedən proseslər deyil, dünyadakı hadisələrə qiymət verilməsi baxımından da çox əhəmiyyətli idi. Humanitar Forum həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun artdığını göstərdi. Bu nüfuzun artması xarici qonaqların verdiyi müsahibələrdə də birdaha məlum oldu. Humanitar Forumun gedişində dünyanın görkəmli elm və mədəniyyət adamlarının Azərbaycana gəlməsi və müxtəlif universitetlərdə görüşlər keçirmələri, mühazirələr oxumaları çox əhəmiyyətli idi. Hesab edirəm ki, bu Humanitar Forum Azərbaycanda Humanitar sahədə yeni imkanların əsasını qoymuş oldu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB