Qubernator Azərbaycana gələcək

Gələn ilin birinci yarısında Sankt-Peterburq şəhərinin qubernatorunun Azərbaycana səfəri nəzərdə tutulur. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Sankt-Peterburqdakı konsulu Qüdsi Osmanov məlumat verib.

O bildirib ki, bu səfərə ciddi hazırlıqlar gedir. Konsulun sözlərinə görə, Bakıya gələcək qubernatoru geniş biznes elitası müşayiət edəcək. Bu sırf iqtisadi əməkdaşlıq çərçivəsində baş tutacaq. Səfər çərçivəsində qonaq Azərbaycanın bir sıra rəsmi şəxslərilə görüşəcək və müəyyən məsələlər müzakirələr ediləcək.

Q.Osmanov əlavə edib ki, ümumilikdə Rusiya Azərbaycan arasında əlaqələr inkişaf edir. Bu münasibətlər humanitar, iqtisadi, enerji və digər sahələri əhatə edir.

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə