"AP-nin qətnaməsinin hüquqi əsası yoxdur"

"AP-nin qətnaməsinin hüquqi əsası yoxdur"

"Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi son qətnamənin heç bir hüquqi əsası yoxdur və əhəmiyyət daşımır". SİA-nın xəbərinə görə, bu sözləri Avropa Parlamentinin üzvü, Parisin 7-ci ərazisinin meri Rəşidə Dati Milli Məclisdə jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.

Parlamentari qeyd edib ki, bu sənəd hazırlanarkən hüquqa əsaslanmadan çox şişirdilmiş formada hazırlanıb, eyni zamanda, qeyri-qanunidir: "Baxmayaraq ki, mən və bir çox parlamentarilər bunun əleyhinə çıxsaq da sonda belə bir qətnamə qəbul edildi. Amma bu qətnamənin Azərbaycan üçün heç bir hüquqi əsası olmadığından əhəmiyyət daşımır. Belə sənədlər Avropa Parlamentinə üzv olan digər ölkələrə də şamil edilir. Hər sessiyadan sonra üzv ölkələrlə bağlı müəyyən qanunlar qəbul edilir".

Xanım Dati vurğulayıb ki, bunlar ancaq bəyanat xarakteri daşıyır və heç bir əhəmiyyəti yoxdur. Əsas odur ki, dövlətlərin münasibəti dəyişməsin.

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə