Bakı Beynəlxalq forum çərçivəsində keçirilən "Multikulturalizm və mədəni özdərk" dəyirmi masasında Rumıniyanın ilk səfiri Prof.Dr. Tasin Gemil forumun önəmi haqqında danışıb. SİA-nın xəbərinə görə, jurnalistlərə öz fikirlərini söyləyən Tahsin Gemil bildirib ki, bu çox önəmli forumdur: "Bu toplantı təkcə Azərbaycan üçün deyil, bütün dünya üçündür. Bildiyiniz kimi, Fransa və Almaniyada multikulturalizm haqqında düzgün olmayan fikirlər söylənilməyə başlanılıb. İndi Bakıda "Nobel" mükafatı alan yüksək səviyyəli alimlər və onlarla bərabər bir çox nümayəndələr multikulturalizmin mənfi fikirli olmamasını sübut edəcəklər. Dünya multikulturalizmi qəbul etsin deyə, Bakı bu gün dünyaya bir mesaj verir. Bakı mənim ikinci vətənimdir. O vaxtkı Bakı ilə indiki Bakı arasında çox böyük fərq var. Bakı bir Sovet şəhərindən Qərb-Avropa şəhərinə çevrilib".
Azərbaycan və Rumıniya arasındakı münasibətlər haqqında da fikir bildirən Tasin münasibətlərin çox irəlilədiyini və dostluq münasibətlərini daha da inkişaf etdiyini bildirib. Həmçinin o qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü haqqında Rumıniyanın fikirləri dəyişməyib və həmişə Azərbaycanın tərəfindədir.
Xanım Nağıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB