"İSESCO Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərini geri qaytarmaq səylərini dəstəkləyir". Bu sözləri Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri deyib. O bildirib ki, işğal faktı beynəlxalq hüquqa və BMT-nin qətnamələrinə ziddir.
İSESCO-nun Cənubi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olunmasında maraqlı olduğunu qeyd edən qonaq vurğulayıb: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bölgədə sülhün və sabitliyin bərqərar olunmasına xidmət edəcək. Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır".
Xankəndi aeroportunun istismara verilməsi məsələsinə də münasibət bildirən əl-Tüveycri İSESCO-nun qəti şəkildə bunu pislədiyini deyib. "Ermənistanın etdikləri əsl ağılsızlıqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB