"Bu gün dünyada mövcud olan hərbi qarşıdurmalar fonunda Bakıda keçirilən Beynəlxalq Humanitar Forumlar müstəsna rol oynayır". SİA-nın xəbərinə görə, bu sözləri bu gün keçirilən II Beynəlxalq Humanitar Forumlarda jurnalistlərə verdiyi açıqlamasında Ukraynanın "Den" qəzetinin icmalçısı Yuri Rayhel deyib.
O bildirib ki, Bu forum Azərbaycanın beynəlxalq arenada imicini daha da gücləndirəcək: "Mən Azərbaycana birinci dəfədir gəlmirəm. Hər dəfə Bakıya gələndə onun uğurlarının şahidi oluram. Bakı ildən-ilə inkişaf edir, çiçəklənir, çoxlu yeni binalar tikilir, şəhər gözəlləşir. Xüsusən "Euroviziya" ərəfəsində Bakıda görülən işlər hər kəsi heyrətləndirir".
"Ukrayna Azərbaycanın dostudur və sıx əməkdaşlıqlar var. Ukrayna hər zaman texniki, hərbi sənaye, siyasi və iqtisadi məsələlərin həllində Azərbaycanın yanındadır. Xüsusən də Ukraynada Azərbaycan Dövlət Neft Şirkətinin istehsal və emal sahələri xüsusilə inkişaf edib. Bizim dostluğumuz bütün sahələrdə bundan sonra da inkişaf edəcək", - deyən qonaq qeyd edib ki, bu forum beynəlxalq münasibətlərin və əlaqələrin inkişafına, mühüm məsələlərin birgə həllinə öz müsbət təsirini göstərəcək.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB