Təmas xəttində monitorinq keçirilib

Təmas xəttində monitorinq keçirilib

ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Füzuli rayonunun Qaraxanbəyli kəndində monitorinq baş tutub. Monitorinq iştirakcıları ilk öncə Füzuli rayon icra hakimiyyətində olublar. Burada rayon icra başcısı Alı Alıyevla görüşüblər. Bir saata yaxın davam edən görüşdə icra başçısı ATƏT nümayəndələrinə bildiriblər ki, Ermənistan ordusu cəbhə xəttində tez-tez atəşkəsi pozaraq təmas xəttində gərginlik yaradırlar. Milli Ordunun üzbəüz mövqeləri ilə bərabər təmas xəttinə yaxın yerləşən kəndlərdə mütəmadi olaraq atəşə tutulur. Nəticədə cəbhə kənd sakinlərinin həyat şəraiti çətinləşir. Daha sonra ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndələri cəbhə xəttinə yola düşüblər.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Jiri Aberle və şəxsi köməkçi Uilyam Prayor, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və ofisin əlaqələndiricisi Piter Ki keçirib.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə