"Azərbaycan və Fransa prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr aparılacaq". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov dövlət başçısının Fransaya səfərinə münasibət bildirərkən deyib.
O, Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri olduğunu xatırladıb: "Prezident İlham Əliyev bütün xarici səfərlərində, xarici ölkə rəhbərləri ilə görüşlərində Dağlıq Qarabağ münaqişəsini prioritet məsələ kimi qoyur. Fransa prezidenti ilə görüşdə Dağlıq Qarabağ münaqişəsi, mövcud vəziyyət, perspektivlər, Minsk Qrupunun fəaliyyəti, sonrakı addımlar müzakirə olunacaq".
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB