Tacikistanın Azərbaycandakı səfiri vəfat edib. SİA-nın məlumatına görə, Zokir Vazirov uzun sürən xəstəlikdən sonra 64 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, əvvəl insult keçirən səfir Bakıdakı Mərkəzi Klinik Xəstəxanada müalicə olunurdu. Zokir Vazirovun cənazəsi tezliklə Düşənbəyə göndəriləcək.
Z. Vazirov 1948-ci ildə anadan olub. 2005-2007-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışıb. 2008-ci ildə isə Azərbaycana səfir göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB