Cümşüd Nuriyev: “İran erməni lobbisinə yaltaqlıq edir”

Cümşüd Nuriyev: “İran erməni lobbisinə yaltaqlıq edir”

İranın regionda yürütdüyü siyasət daha çox aqressiv siyasətə hesablanıb. Çünki İran tək Azərbaycana, Amerikaya, İsrailə qarşı deyil, eyni zamanda bütün dünyaya meydan oxumaq istəyir. SİA-nın xəbərinə görə, bunu SəsTV-yə Ermənistan və İraqın İran İslam Respublikasına (İİR) dəstək olmasına münasibət bildirən politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, bu həm ağılsız həm də qıcıqlandırıcı siyasətdir: "Son zamanlar İran-Ermənistan münasibətlərinin həddindən artıq istiləşməsinin əsas səbəblərindən biri də İranın Anti-Amerika blokunu formalaşdırmasıdır. Əlbəttə ki, bu blok da qoşulmayanlar hərəkatıdır. Avqustun 26-da da İranın paytaxtı Tehranda bunların növbəti sammiti keçiriləcək. Əgər nəzərə alsaq ki, burada ilk dəfə olaraq Şimali Koreyanın prezidenti də iştirak edəcək, onda İran özünü xristian dünyasından qoparmamaq üçün Ermənistanı əlində bir girov kimi saxlamağa çalışır. Ermənistanın İran siyasətində təkcə Azərbaycan variantı deyil, həmçinin bunu xiristian dünyasına qarşı kart kimi istifadə edir".

Politoloqun fikrincə, dünyada ən güclü lobbilərdən biri də məhz elə erməni lobbisidir: "Bununla da İran bir növ erməni lobbisinə yaltaqlıq edir. Həm də Fransa dövləti ilə münasibətlərində müəyyən düzəlişlər etməyə çalışır. Bu bir daha göstərir ki, İranın iqtisadiyyatı bərbad vəziyyətdədir. Nə qədər ki, İran bu cür aqressiv siyasət aparır, bu, əksinə, Azərbaycanın xeyrinədir. Bu həmçinin beynəlxalq təşkilatlara, Amerikaya da bir mesajdır. Çünki BMT TŞ-nın qəbul etdiyi qərarlar biləvasitə ABŞ-dan asılıdır. İranın Azərbaycanın daxili işinə qarışması bununla bitmir, adı çəkilən dövlət həmçinin ölkəmizə qarşı cihad məsələsini gündəmə gətirib. İslam dinin dünyada imicini korlayan elə məhz İran dövlətidir".

Bütün xəbərlər Facebook səhifəmizdə