“Rəsul Quliyevin portretində kifayət qədər qorxaqlıq, cəsarətsizlik notları var” Ekskluziv
Azərbaycan radikal düşərgəsində təmsil olunan müxalifət nümayəndələri arasında mütəmadi olaraq hər seçki öncəsi qarşıdurma baş verir. Bunu SəsTV-yə açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, seçki öncəsi radikal düşərgə birliyini nümayiş etdirmək üçün qurumlar formalaşdırmaq niyyətindədir: "Bu qurumlar uzun müddət vahid namizədin müəyyənləşdirilməsi istiqamətində müzakirələr aparırlar. Problemin kökündə dayanan əsas məsələ həmin düşərgədə ideoloji boşluğun olması ilə bağlıdır. Bu gün nə Müsavat Partiyası, nə Əli Kərimli, nə də ki, digər şəxslər öz birliklərini, öz siyasi fəaliyyətlərini siyasi mübarizənin əsas predmetlərindən biri olan ideoloji müstəvidə qurmayıblar. Bu baxımdan həm Rəsul Quliyev, həm İsa Qənbər, həm də Əli Kərimli və digərləri hansısa məqamda bir araya gəlirlərsə, onları yalnız konkret maraqlar və xarici dairələrin sifarişləri birləşdirir".
Partiya sədrinin müavinin fikrincə, belə birliklər Azərbaycanda hər hansı beynəlxalq tədbirlərin keçirildiyi zaman və yaxud ölkəmizin uğurlu addım atdığı zaman ortaya çıxır: "Bu prosesin arxasında məlum məsələdir ki, xarici qüvvələrin, dairələrin dayandığı da açıq-aydın bilinir. Onlar tərəfindən formalaşdırılan bu birliklər bəsit, primitiv bir birlikdir. Bunun məqsədi bu və ya digər siyasətçinin önə çıxmasına hesablanıb. Bununla belə düşərgədə vahid lider anlayışı da kifayət qədər ciddi problemlərdən biridir".
E.Mirzəbəyli Rəsul Quliyevin müxalifəti "səriştəsiz" adlandırmasına da aydınlıq gətirib: "Rəsul Quliyervin səriştəsizliklə bağlı dediyi fikirlər onun özünə biləvasitə aid olan məsələdir. Çünki o indiyənədək özünü bir siyasətçi kimi doğrultmayıb. R.Quliyevin özünün portretində də kifayət qədər qorxaqlıq, cəsarətsizlik notları tapmaq mümkündür. O, okenaın o tayında oturub bəyanat verməkdənsə yaxşı olardı ki, özü-özılüyündə güc tapıb Azərbaycana gəlsin və ona qarşı sürülən ittihamlara cavab versin. O isə bundan qaçır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB