XİN: \"Dağlıq Qarabağda \"seçkilər\"in keçirilməsi təxribat cəhdidir\"
Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda \"seçkilər\"in keçirilməsi faktını təxribat cəhdi kimi qiymətləndirir. Bu problemin sülh yolu ilə nizamlanması prosesinə zərbədir\". SİA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib. Onun sözlərinə görə, bu addım mövcud status-kvonu daha da möhkəmlədir və erməni tərəfinin danışıqlar aparmaq arzusunda olmadığını göstərir.
XİN rəsmisi bildirib ki, müşahidəçi qismində Dağlıq Qarabağa səfər etməyə hazırlaşan şəxslərin hamısı qanunu pozur.
Xatırladaq ki, ermənilər iyulun 19-da müstəqilliyi dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan separatçı Dağlıq Qarabağda \"prezident seçkiləri\"nin keçiriləcəyini bəyan edib.
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB