Millət vəkili: "Azərbaycanda demoqrafik vəziyyət çox yaxşıdır" - MÜNASİBƏT
"Bu gün Azərbaycanda demoqrafik vəziyyət çox yaxşıdır. Həm Avropa ölkələri ilə, həm bizi əhatə edən qonşu ölkələrlə, həm də MDB məkanı ilə müqayisədə də ölkəmizdə bu sahədə durum normaldır". SİA-nın məlumatına görə, bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, Azərbaycan ildən-ilə gəncləşən bir ölkədir. Onun sözlərinə görə, ölkəmizdə yeni doğulan uşaqların sayı ölənlərin sayını iki dəfə üstələyir. Bu da onu göstərir ki, Azərbaycanda yaxın 20-30 il ərzində əmək fəaliyyəti, əmək qabiliyyətli əhalinin, pensiyaçı və işləyən əhalinin sayı ilə bağlı heç bir problem olmayacaq.
"Bu, çox yaxşı haldır, yaxşı göstəricidir. Çünki Azərbaycanın əhalisi artır. Xüsusən gənc və yeniyetmə yaşında olan insanların sayının çox olması bizim gələcəkdə çox böyük – həm intellektual, həm əməkçi, həm hərbi, ümumiyyətlə, insan potensialımızın olacağından xəbər verir", - deyə, komitə sədrinin müavini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB