Mübariz Əhmədoğlu: “Ermənistan Qəbələ RLS informasiyaları ilə ərəb dövlətləri və Azərbaycan arasında münasibətləri pozmağa çalışır”
Bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (STİM) direktoru Mübariz Əhmədoğlu 2012-ci ilin iyun ayı üzrə beynəlxalq və regional ictimai-siyasi proseslərin təhlilinə həsr olunan analitik materialın təqdimatını keçirib.
SİA-nın məlumatına görə tədbirdə çıxış edən mərkəzin rəhbəri Mübariz Əhmədoğlu dünyada, bölgədə və Azərbaycanda ötən ay baş vermiş mühüm hadisələrdən danışıb: "Dünyada ən vacib ciddi dəyişikliklər bu gün Suriya ətrafında baş verir. Bəşər Əsədin hakimiyyətdən getməsi hazırda gündəlikdə olan mövzudur. Qərb üstünlüyü ələ alaraq, Suriyaya qarşı öz oyununu reallaşdıraraq Rusiyanın mövqeyini dəyişməyə nail olub. Buna əsasən Rusiya strateji baxımdan Suriya, Bəşər Əsəd rejimi üçün təhlükə yaradacaq danışıqlara imza atıb.
Artıq bunlar Suriya ətrafında vəziyyətin Yaxın Şərqin taleyi ilə eyni səviyyədə olduğunu göstərir. Yaşın Şərqin taleyi indi həll olunursa, Suriyada baş verən hadisələr də Qafqaza və Mərkəzi Asiya regionuna da təsir edəcək. Bu gün Suriyanın Colan təpələrini Rusiya İsraildən alıb Suriyaya qaytarsa bu Yaxın Şərqdə gedən bütün hadisələrə təsir edə bilər, lakin Rusiya bunu istəmir. Rusiyanın İrana, Suriyaya və bizə qarşı fərqli mövqedə dayanmasına səbəb ermənilərin mövqeyinin Rusiyada güclü olmasıdır. Rusiyanın əgər Suriyaya qarşı və Yaxın Şərqdəki mövqelərə münasibəti dəyişərsə bu həm bizim üçün, həm də qonşuluqda olan ölkələr üçün müsbət nəticə yarada bilər. Rusiyada baş verən bütün hadisələr Mərkəzi Asiya regionunda baş verən hadisələrin göstəricisidir\".
Politoloq M.Əhmədoğlu Azərbaycanla ərəb dövlətləri arasında sıx əlaqə olduğun vurğulayaraq bildirib: "Ermənistan Qəbələ RLS informasiyaları ilə Ərəb dövlətləri və Azərbaycan arasında dostluq münasibətlərini pozmağa çalışır. İranla bağlı verdiyi informasiyaları da həmçinin dəyişdirərək İranı Azərbaycana qarşı qalıdırır. Qəbələ RLS bu şərtlər daxilində Rusiyaya icarəyə verilə bilməz. Azərbaycan rəhbərliyin apardığı üstün siyasət Rusiya ilə dostluq münasibətləri saxlayaraq bizə təsirinə imkan yaratmayacağıq. Ermənilər bu gün xarici aləmdə Moldovadan alınan silahın hesabına iki informasiya yayaraq istənilən anda Bakını və Bakı-Tiblisi-Ceyhan, Bakı-Tiblis-Ərzurumu vura biləcəyi məlumatını yayırlar. Hələ Avrasiya məkanında heç bir dövlət bu formalı təcavüzkar siyasət irəli sürməyib. Regionda təhlükəsizliyi aradan qaldıraraq bu danışılanlara cavab üçün Trabzon Sammiti əsasdır\".
Mənzər Ərçəqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB