AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisinin siyahısında Bakı metrosunda terror törədənlərin də adları var
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserin hazırladığı siyahıda ötən əsrin 90-cı illərinin əvvəllərində Bakı metrosunda törədilən terror aktlarının iştirakçılarının da adı yer alıb. Bunu bu gün keçirdiyi mətbuat konfransında Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü, hüquq müdafiəçisi Səidə Qocamanlı deyib.
S.Qocamanlı bildirib ki, Ştrasserin siyahısında heç kimin tanımadığı adamları da adları yer alıb. Monitorinq qrupunun üzvü Səadət Bənnənyarlı da K.Ştrasserin siyahısının qeyri-obyektiv hazırlandığını diqqətə çatdırıb. Hüquq müdafiəçisi Novella Cəfəroğlunun çıxışı isə daha sərt olub. O, mətbuatda Hüquq məsələləri və insan haqları Komitəsində Azərbaycan İslam Partiyasının və digər İslam təmayüllü təşkilatların azadlıqdan məhrum olunmuş üzvlərinin müdafiəsinin qarşısının alındığına dair gedən yazılara münasibətini açıqlayıb. Onun sözlərinə görə, kimlərsə öz reklamlarını etmələri bəs deyil, digərlərinə şər atmaqla da məşğuldurlar. Buna görə də yaxın vaxtlarda monitorinq qrupunun üzvləri həbsdə olan axundlar və dindarların hər biri ilə görüşəcək: "Biz atdığımız hər addımda Azərbaycan hakimiyyətini yox, dövlətini düşünürük. Çünki bütün bu həqiqətə uyğun olmayan siyahılar və məlumatlar dövləti təhlükə altına salır".
Qeyd edək ki, AŞPA-nın Hüquq Məsələləri və İnsan Haqları Komitəsində hazırlanan qətnamə layihəsi 26 səs lehinə, 22 səs əleyhinə qəbul edilib. Sənədin qurumun payız sessiyasına çıxarılması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB