SAM-ın əməkdaşı Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun sammitində iştirak edəcək
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun II Beynəlxalq Model Qlobal Sammitində iştirak etmək üçün Tatarıstanın paytaxtı Kazan şəhərinə gedəcək. SAM-dan SİA-ya verilən məlumata görə, tədbirdə DƏİKGF-a 57 üzv dövlətdən 190-na yaxın tələbənin, media nümayəndələrinin iştirakı gözlənilir. Rövşən İbrahimovun Yüksək Səviyyəli Məsləhətçi Şurasının üzvü kimi iştirakı və eyni zamanda forum iştirakçıları qarşısında məruzə ilə çıxış edəcəyi nəzərdə tutulur.
Tədbirin məqsədi gənclər arasında islam əməkdaşlıq təşkilatına üzv olan dövlətlərin münasibətlərinin necə formalaşdığını müzakirə etmək və öyrənməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB