Prezident İlham Əliyev: \"İdmançılarımızdan qələbələr gözləyəcəyəm\"

Prezident İlham Əliyev: \"İdmançılarımızdan qələbələr gözləyəcəyəm\"

Bu gün Bakıda Heydər Əliyev Mərkəzində Londonda keçiriləcək XXX yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan heyətinin yola salınması mərasimi keçirilib. SİA-nın xəbərinə görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, idmançılar iştirak ediblər.

Qeyd olunub ki, London Olimpiya oyunlarında Azərbaycanı 53 idmançı təmsil edəcək. Prezident İlham Əliyev tədbirdə çıxış edib: \"
XXX Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarından bundan əvvəlki olimpiyadalardan daha da gözəl nəticə və daha çox medal gözləyirik. İlk dəfədir ki, biz Olimpiya oyunlarında 53 idmançı ilə təmsil olunuruq. Bu da olimpiya ailəsində böyük idman ölkəsi kimi qəbul olunmaqdır. İnanıram ki, London Yay Olimpiya Oyunları Azərbaycan idmanının növbəti təntənəsi olacaq. Hər bir Azərbaycan vətəndaşı kimi idmançılarımıza azarkeşlik edəcəyəm və onlardan qələbələr gözləyəcəyəm\".


Dövlət başçısı Azərbaycan nümayəndə heyətinə uğurlar arzulayıb.

Azərbaycan nümayəndə heyətinin üzləri də tədbirdə çıxış ediblər. Sonda idmançılar Azərbaycan bayrağını öpərək and içiblər.


Bütün xəbərlər Facebook səhifəmizdə