İtkin düşmüş qızlar tapıldı

İtkin düşmüş qızlar tapıldı
Bakıda itkin düşmüş şəxslər tapılıb. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, yanvarın 19-u saat 12 radələrində Binəqədi qəsəbə sakini Günay Mürsəliyeva yaşadığı evdən çıxıb və bir daha geri dönməyib. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində G. Mürsəliyeva iyunun 30-da tapılaraq ailəsinə təhvil verilib.

Məlumata görə, aprelin 30-da evdən gedib bir daha geri qayıtmayan Maştağa qəsəbə sakini Afaq Dadaşova isə Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının səyi nəticəsində iyunun 30-da tapılaraq ailəsinə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə