5-ci Beynəlxalq Qara Dəniz Simpoziumu keçiriləcək

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi Xarici siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi Zaur Şiriyev Yunanıstanın "Qara Dəniz Tədqiqatları üzrə Beynəlxalq Mərkəzi" tərəfindən təşkil olunan "5-ci Beynəlxalq Qara Dəniz Simpoziumu"-nda iştirak etmək üçün iyulun 4-də Yunanıstanın Afina şəhərinə səfər edəcək. SAM-dan SİA-ya verilən məlumata görə, tədbirdə " Qara dəniz regionunun təhlükəsizlik məsələləri, təhsil, iqtisadi inkişaf, Avropa ittifaqına inteqrasiya və digər məsələlərin müzakirəsi nəzərdə tutulur. Zaur Şiriyev tədbirdə "Avropa İttifaqının Cənubi Qafqaz strategiyası: Əlaqələrin intensivləşdirilməsi üçün şansla" məruzəsi ilə çıxış edəcək.

Beynəlxalq Qara Dəniz simpozimu Qara dəniz regionunda ənənəvi olaraq siyasi, iqtisadi, təhlükəsizlik sahəsində hər il keçirilən beynəlxalq akademik platformdur.


Bütün xəbərlər Facebook səhifəmizdə