ABŞ-ın Azərbaycana yeni səfiri təyin olundu

ABŞ-ın Azərbaycana yeni səfiri təyin olundu

ABŞ-ın Azərbaycandakı səfirinin kim olacağı təsdiqlənib. SİA-nın xəbərinə görə, ötən gün ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Riçard Morninqstarın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyinatını təsdiqləyib. Hətta senatdakı ermənipərəst senatorlar Robert Menendes və Barbara Bokser də onu dəstəkləyiblər.


R.Morninqstar ABŞ dövlət katibi Hillari Klintonun münaqişə tərəflərini təmkinli olmağa, 1994-cü ildə imzalanmış atəşkəs sazişi çərçivəsindəki öhdəliklərinə əməl etməyə və sülhün bərqərar olması üçün lazımi tədbirləri görməyə çağırmasını təsdiqləyib. O bildirib ki, səfir təyin olunarsa Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtke ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün lazımi səyləri göstərəcək. R. Morninqstar Culfadakı erməni məzarlığını ziyarət edəcəyini də söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə