Yaxın 3-4 gün ərzində ölkə ərazisində hava şəraitinin sabit keçəcəyi və əsasən yağmursuz olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova SİA-ya açıqlamasında deyib ki, Bakıda və Abşeron yarımadasında yaxın günlərdə hava şəraitində mühüm bir dəyişiklik gözlənilmir. Onun sözlərinə görə, paytaxtda yağmursuz hava şəraiti müşahidə olunacaq, şimal-qərb küləyi gündüz saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq: "Havanın temperaturu gecə saatlarında 18-23, günorta saatlarında isə 31-36 dərəcə isti olacaq. Lakin iyunun 14-də günorta saatlarında temperaturun 38 dərəcəyədək qalxacağı proqnozlaşdırılır. Eləcə də bölgələrdə hava şəraiti gün ərzində əsasən yağmursuz keçəcək, mülayim-şərq küləyi əsəcək. Havanın temperaturu günorta saatlarında Mərkəzi Aran rayonlarında 33-38 dərəcəyədək isti, dağlarda isə günorta saatlarında 22-27 dərəcə isti olacaq".
Havanın metohəssas insanlara göstərəcəyi təsirə gəlincə, G.Məmmədova qeyd edib ki, iyunun 12-16-dək Abşeron yarımadasında metereoloji amillərin zəif və mülayim tərəddüdləri üstünlük təşkil edəcək. Onun sözlərinə görə, bununla yanaşı, iyunun 13-dən 16-dək ölkə ərazisində diskomfort hava şəraiti gözlənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB