Azərbaycan və Ermənistan jurnalistlərinin Moskva görüşü bu gün keçiriləcək
Azərbaycanın bir qrup KİV rəhbəri erməni həmkarları ilə görüşmək üçün Moskvaya gedib. SİA-nın verdiyi məlumata görə, "Rossiyskaya Qazeta"nın redaksiyasında keçirilməsi nəzərdə tutulan Azərbaycan və Ermənistan KİV rəhbərlərinin görüşü bu gün keçiriləcək.
Düşmən ölkələrin KİV rəhbərlərinin təmasları Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkonun təşəbbüsü ilə ərsəyə gəlir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB