Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Bolqarıstanda rəsmi səfərdə olub. Müdafiə Nazirliyndən SİA-ya verilən məlumata görə, səfər zamanı müdafiə nazirinin rəsmi qarşılanma mərasimi keçirilib və hər iki ölkənin dövlət himni səsləndirilib. İki günlük səfər zamanı müdafiə naziri Səfər Əbiyev, Bolqarıstan prezidenti Rosen Plevneliyevlə, müdafiə naziri Anyu Anqelovla vә ölkənin baş naziri Boyko Borisovla görüşüb. İki ölkə arasında keçirilən görüşlərdə Bolqarıstan-Azərbaycan hərbi əlaqələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb. Görüşlərdə NATO-nun Çikaqo Sammitində Bolqarıstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi məsələsi xüsusi qeyd olunub.
Qeyd edək ki, səfərin ikinci günü müdafiə naziri S.Əbiyev Bolqarıstanda keçirilən "Hemus-2012" sərgisinə də qatılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB