Əli Həsənov: "Artıq "Eurovision" müsabiqəsini siyasiləşdiriblər" - MÖVQE

Rəsmi Bakı "Eurovision-2012" mahnı müsabiqəsinin siyasiləşdirilməsini pisləyir. SİA məlumatı trend-ə istinadən yayıb.

"Artıq "Eurovision" müsabiqəsini siyasiləşdiriblər. İsveçin Azərbaycandakı səfiri, İsveçin mahnı müsabiqəsindəki nümayəndəsi fəal şəkildə müxalifət dairələri, siyasi qruplar və bəzi mərkəzləşmiş antiazərbaycan fəaliyyətini həyata keçirən Norveç İnsan Hüquqları Evi, Amnesty International ilə birgə burda fəaliyyətə başlayıblar. Bunu qəti şəkildə pisləyirik", - bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.


Ə.Həsənov hesab edir ki, bu, ilk növbədə Avropa Yayım Birliyinə hörmətsizlikdir: "Avropa Yayım Birliyi mütləq şəkildə buna müdaxilə etməlidir və bu tipli siyasiləşmə aksiyalarının qarşısını almalıdır. O biri tərəfdən, bu cür çıxışlar Azərbaycanda "Eurovision"a qatılan digər iştirakçılara hörmətsizlikdir. Bu, müsabiqəyə bilet alıb, tədbiri izləyən tamaşaçılara hörmətsizlikdir, Avropa musiqi yarışmasının tərəfdarlarına hörmətsizlikdir. Düşünürəm ki, bu siyasiləşmənin qarşısı tezliklə alınmasa, "Eurovision" yarışmasına qatılanlar, onu təşkil edənlər buna müvafiq münasibət bildirəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...