ADU-nun rektoru, millət vəkili Səməd Seyidov İsveçrənin Azərbaycandakı səfiri Sabin Ulman Şaban ilə görüşüb. ADU-dan SİA-ya verilən məlumata görə, görüşdə Avropa Şurası- Azərbaycan əlaqələri müzakirə olunub, Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı haqda, həmçinin beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, ADU ilə İsveçrə universitetləri arasında əlaqələrin qurulması, gələcək əməkdaşlığın inkişaf perspektivləri haqqında müzakirələr aparılıb.
Görüşdə, həmçinin ADU ilə İsveçrə universitetləri arasında əlaqələrin qurulması və genişləndirilməsi sahəsində görülən işlərin Azərbaycanın ali təhsil müəssisələrinin Avropaya inteqrasiyasında və Azərbaycan ali təhsil sisteminin dünyaya çıxmasında öz töhfəsini verəcəyinə inam ifadə olunub.
Bundan başqa tərəflər gələcək əməkdaşlıq perspektivləri haqda da fikir mübadiləsi aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB