Qafqaz Müsəlmanları İdarəsi gey-paradla bağlı şayiələrə münasibət bildirib
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin yaydığı bəyanata münasibət bildirib. Bu barədə məlumat ANS PRESS-ə QMİ-nin mətbuat xidmətindən daxil olub.
"Qafqaz Müsəlmanları İdarəsi dini mərkəz olaraq dini-mənəvi dəyərlərimizə zidd olan gey-parad keçirilməsinə heç bir zaman haqq qazandırmayıb. Bununla bağlı bizə bildirilən iradların heç bir əsası yoxdur. Azərbaycan dövləti və cəmiyyətimiz də belə bir aksiyanın əleyhinədir və beynəlxalq musiqi tədbiri çərçivəsində belə bir halın baş tutacağı ilə bağlı ehtimal yürütməyə heç bir əsas yoxdur. Rəsmi səviyyələrdən QMİ-yə məlumdur ki, Bakıda milli-mənəvi dəyərlərimizə zidd hər hansı aksiya keçirilməyəcək və deməli, narahatlığa ehtiyac yoxdur", - QMİ-nin açıqlamasında bildirilir.
QMİ hesab edir ki, olmayacaq tədbir ətrafında səngiməyən söz-söhbətlər qonşu dövlətlər, xalqlar arasında münasibətlərə xələl gətirən xoşagəlməz meyillər yaradıb.
"QMİ olaraq, hər iki tərəfdən dövlət rəmzlərinin, dövlət və din xadimlərinin təhqir olunması kimi yolverilməz halları qətiyyətlə pisləyir və belə hallara son qoyulmasına çağırırıq", - İdarənin açıqlamasında deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB